KİV: İranda Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

KİV: İranda Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfər saxlanılıb


İran iqtidarı Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfəri saxlayıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə SNN telekanalı bildirib.

Məlumata görə, saxlanılanlardan biri özəl şirkətdə işləyir, digəri isə dövlət qulluğunda çalışır.

İstintaq davam edir, baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün “əlavə araşdırmalar” aparılması tələb olunur.

Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib. İran Daxili İşlər Nazirliyi hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib.

Partlayış və yanğın nəticəsində 70 nəfər ölüb.

Oxşar xəbərlər

İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb - YENİLƏNİB-3
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7
Hökumət sözçüsü: Şəhid Rəcai limanında baş verən partlayışda kimyəvi çirklənmə olmayıb
İranda limanda partlayış olub
İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər