Əcnəbilərin Gürcüstanda işləməsinə məhdudiyyət qoyula bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
may
2025
16:00

Əcnəbilərin Gürcüstanda işləməsinə məhdudiyyət qoyula bilər

03 may, 2025
16:00
681

Əcnəbilərin Gürcüstanda işləməsinə məhdudiyyət qoyula bilər

Gürcüstan Daxili İşlər Nazirliyi yerli bazarda xarici miqrantların işə götürülməsi məsələsinin tənzimlənməsi və onlar üçün kvotaların tətbiqi üzərində işləyir.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

"Bu sahədə qanunvericiliyin natamamlığı səbəbindən gürcü işçilərin öz işlərini itirməsi, onların yerini isə əcnəbilərin tutması kimi hallar yaranır. Eyni zamanda, onlara qarşı heç bir tələb irəli sürülmür, işəgötürən isə dövləti məlumatlandırmağa məcbur deyil. Buna görə də məsələ tənzimlənəcək və biz parlamentə dəyişikliklər paketi təqdim edəcəyik. Bu, bizə vəziyyətə nəzarət etməyə və bu gün mövcud olan təhdidlərdən qaçmağa imkan verəcək", - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, bir çox ölkələrdə xarici vətəndaşların işə götürülməsi üçün kvotaların müəyyən edilməsi təcrübəsi mövcuddur.

Bizimlə əlaqə saxlayın