Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
“Ümid edirik ki, Gürcüstanda müəyyən daxili və xarici qüvvələr tərəfindən planlaşdırılan təxribata mümkün qədər az adam qoşulacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qolemauri bildirib.
Onun sözlərinə görə, qarşıdakı iki gündə mitinqin zorakılıq və qeyri-qanuni xarakter alması, o cümlədən mitinq iştirakçılarının Gürcüstan parlamentinin qarşısını almağa cəhd edəcəyi planlaşdırılır:
“Siyasətçilərin, digər daxili və xarici aktorların insanları ciddi məsuliyyəti özündə ehtiva edən cinayətlərə sövq etməsi yolverilməzdir. Biz, yüzlərlə həmvətənlimizin və ya əcnəbilərin məsuliyyətə cəlb olunmasını istəmirik. Lakin dövlət qanunu və asayişi qorumağa borcludur”.
Nazir həmçinin qeyd edib ki, Gürcüstan CM-nin 222-ci maddəsinin 2-ci hissəsinə əsasən, xüsusi əhəmiyyət kəsb edən obyektin normal fəaliyyətinə qrup şəklində maneçilik törədən və ya mane olanlar 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Oxşar xəbərlər
Gürcüstanda aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib - YENİLƏNİB-2
Gürcüstan parlamenti baş nazirin namizədliyini və hökumətin tərkibini müzakirə edəcək
Gürcüstan Avropaya inteqrasiya üzrə planını AŞ-yə təqdim edib
Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb
Gürcüstan DİN: Tbilisidə müxalifətçilər təxribatlara görə etirazçıya pul ödəyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
