Türkiyə Suriyada PKK/YPG-yə qarşı diplomatik kampaniyaya başlayacaq
Ankara ABŞ-nin Suriyadan çıxması fonunda yayda kürd yaraqlılarına qarşı diplomatik kampaniyaya başlamağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
"Ankara ABŞ-nin Suriyadan çıxması ilə əlaqədar yayda PKK/YPG-yə qarşı hərtərəfli diplomatik kampaniyaya başlayacaq. Bu proses üzərində iş həm ikitərəfli əlaqələr çərçivəsində, həm də çoxtərəfli platformalarda aparılır", - nəşr yazıb.
Diplomatik mənbələr qeyd ediblər ki, ABŞ Suriyadakı mövcudluğuna və PKK/YPG terror təşkilatına münasibətdə yeni mövqeyini müəyyənləşdirmə prosesindədir, Türkiyə isə bu prosesi istiqamətləndirmək üçün lazımi addımlar atır. Ankaranın prioriteti ABŞ-nin mövqeyinin Türkiyənin təhlükəsizliklə bağlı gözləntiləri ilə uzlaşdırılmasıdır.
Oxşar xəbərlər
Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib
Paşinyan: Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədini açmalıyıq
Cevdet Yılmaz: Türkiyə beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıdır
Ermənistan parlamentinin vitse-spikeri: İrəvan Ankara ilə diplomatik münasibətlər qurmağa həmişə hazır olub
Belarus XİN: Minsk Suriyada diplomatik mövcudluğunu saxlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













