Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib
sizinxeber.az xəbər saytı

Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib


Türkiyə Silahlı Qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Report” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.

"Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib", - məlumatda bildirilib.

Qeyd edib ki, Ankara bütün mümkün ssenarilərə hazırlaşır.

"Bunlardan biri hərbi əməliyyatlardır", - qəzet vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb
Türkiyə Suriya ilə sərhədin qorunmasında milli texnologiyadan geniş istifadə edir
İsrail 7 oktyabr hücumunun ildönümündə Qəzza boyunca müdafiəni gücləndirib
Türkiyə ordusu Suriyada PKK/YPG-nin üç üzvünü öldürüb
Ankara İsrailin Türkiyə diplomatlarına qarşı təhdidlərini pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər