Türkiyədə fabriklərdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-2
Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib. Qeyd olunub ki, Onlardan 3-ü boş olub.
Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.
Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.
Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.
“Sizinxeber.az” “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin başvermə səbəbi məlum deyil.
Oxşar xəbərlər
Türkiyədə iki fabrikdə başlayan yanğının miqyası genişlənib - YENİLƏNİB
Türkiyədə zavodda başlayan yanğın söndürülüb - YENİLƏNİB
Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ
Rostovun məşhur bazarındakı yanğın söndürüldü
Türkiyədə SES-də yanğın zamanı 14 nəfər zəhərlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













