Forbes: Rusiyanın bütün Ukraynanı işğal etməsi üçün 230 il və 100 milyon hərbi itki tələb olunacaq
Rusiya ordusuna cari hücum və itki templərini saxlamaqla, hələ işğal olunmamış Ukrayna ərazilərini ələ keçirmək üçün təxminən 230 il lazım olacaq — bu, təxminən 490 min kv. km və ya Ukraynanın 81 %-dir. Bu zaman təxminən 101 milyon Rusiya hərbçisi həlak olacaq.
“Report” xəbər verir ki, bu barədə yazıb.
Ukraynanın ümumi sahəsi 603 000 kv. km-dən çoxdur, Rusiya qoşunları 2022-ci ilin fevralından etibarən ölkə ərazisinin təxminən 19 %-ni tutub. Ukrayna torpaqlarının əsas hissəsini Rusiya Silahlı Qüvvələri işğalın ilk həftələrində tutub. Keçən il ərzində onların nəzarət zonası Ukrayna ərazisinin yalnız 0,5 %-i qədər artıb.
2024-cü ilin aprelində Ukrayna Baş Qərargahına yaxın olan OSINT layihəsi in qiymətləndirmələrinə görə, Rusiya ordusu 175 kv km Ukrayna ərazisini, martda – 133 kv km, fevralda isə 192 kv km ərazini tutub.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) görə, təxminən 800 min ölü və yaralıya baxmayaraq, Rusiya ordusu hər ay 30 000 yeni əsgərlə doldurulur.
ABŞ-nin Avropadakı qoşunlarının komandanı Kristofer Kavoli aprelin 3-də bildirmişdi ki, Rusiya Silahlı Qüvvələri hər ay itirdiklərindən daha çox insan cəlb edir, çünki bir çox yaralılar cəbhəyə qayıdır. Kavolinin məlumatına görə, hazırda Ukraynada Rusiya qruplaşması azı 600 000 əsgərdən ibarətdir. Bu, onun sözlərinə görə, “bütün müharibə ərzində ən yüksək səviyyədir və ilkin işğal qüvvələrinin sayından demək olar ki, iki dəfə çoxdur”.
Kavolinin fikrincə, Kreml hələ də uzunmüddətli müharibəyə köklənib ki, bu da perspektivdə Ukrayna hüdudlarından kənara çıxa bilər. “Rusiya rejimi Qərblə uzunmüddətli qarşıdurma hesab etdiyi şeyi dəstəkləmək üçün öz hərbi, iqtisadi və sosial strukturlarını yenidən qurub”, – Kavoli vurğulayıb.
Oxşar xəbərlər
Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub
XİN: Ukrayna öz ərazisinin heç bir hissəsini, o cümlədən Krımı heç vaxt Rusiya ərasizi kimi tanımayacaq
Zelenski Rusiya ilə müharibədə Ukraynanın itkilərini açıqlayıb
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













