Türkiyə XİN Maltada gəmiyə hücumu qınayıb
sizinxeber.az xəbər saytı

Türkiyə XİN Maltada gəmiyə hücumu qınayıb


Türkiyə Malta sahillərində beynəlxalq sularda Azadlıq Donanması Koalisiyasına məxsus “Conscience” adlı gəmiyə hücumu qınayıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.

O, hücum anında gəmidə Türkiyə vətəndaşlarının da olduğunu əlavə edib.

“Gəmidə olan heyət və sərnişinlərin səhhətinin yaxşı olduğu məlum olub. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır. Biz beynəlxalq sularda hərəkət etmə azadlığını və dəniz təhlükəsizliyini təhdid edən bu hücumu qəti şəkildə pisləyirik”, - deyə Ö. Keçeli qeyd edib

XİN sözçüsü gəminin İsrail pilotsuz uçuş aparatları tərəfindən hədəf alındığına dair iddiaların olduğunu vurğulayıb: “Hücumun təfərrüatlarının ən qısa zamanda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi səylər göstəriləcək”.

Oxşar xəbərlər

Türkiyə Malta sahillərində İsrailin hədəf aldığı iddia olunan gəmiyə hücumu pisləyib
Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Türkiyə XİN: Latakiyada baş verən təxribatların regionda sülhə təhdid olmasına yol verilməməlidir
Husilər Yəmən sahillərində Türkiyə gəmisinə raket zərbələri endiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər