İranın Şəhid Rəcai limanında təxribat və ya sabotaj versiyaları təsdiqlənməyib
sizinxeber.az xəbər saytı

İranın Şəhid Rəcai limanında təxribat və ya sabotaj versiyaları təsdiqlənməyib


İran Məclisinin milli təhlükəsizlik komitəsinin nümayəndəsi Şəhid Rəcai limanında baş verən partlayışın səbəbləri ilə bağlı xarici müdaxilə və ya sabotaj ehtimallarını rədd edib.

"Sizinxeber.az"un TASS-a istinadən məlumatına görə, onun sözlərini İran dövlət televiziya və radio şirkəti yayımlayıb.

"Bildiyim qədər, bunun xarici müdaxilənin nəticəsi olduğuna dair heç bir sübut yoxdur. Təxribat və ya xarici agentlərin müdaxiləsi barədə heç bir hesabat görmədim", - deyə o bildirib.

Parlamentari əlavə edib ki, Şəhid Rəcai limanında baş verən yanğının müdafiə sektoru və ya silahlı qüvvələrə də heç bir aidiyyəti yoxdur.

Çərşənbə axşamı iranlı deputat Məhəmməd Mehdi Şəhriyari Şəhid Rəcai limanındakı partlayışın səbəbinin təxribat və ya sabotaj ola biləcəyini ehtimal etmişdi.

Qeyd edək ki, limandakı partlayış nəticəsində 70 nəfər həlak olub.

Oxşar xəbərlər

İran limandakı partlayışın təxribat ola biləcəyini istisna etmir
Şəhid Rəcai limanında partlayış nəticəsində yaralananların sayı 1 139-a çatıb, 18 nəfər ölüb – YENİLƏNİB
İranda limanda partlayış olub
İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər