Tbilisidə bazarda baş verən güclü yanğın söndürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tbilisidə bazarda baş verən güclü yanğın söndürülüb - YENİLƏNİB


Tbilisidə vağzal bazarı ərazisində baş verən güclü yanğın söndürülüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Yanğın səhər saatlarında başlayıb - mağazaları, meyvə, tərəvəz və geyim anbarlarını əhatə edib.

Bildirilib ki, xəsarət alanlar yoxdur. Yanğının səbəbləri hələ ki, məlum deyil.

08:40

Gürcüstanın paytaxtı Tbilisidə vağzal bazarının ərazisində güclü yanğın qeydə alınıb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidmətinin (FHİOX) məlumatına görə, yanğın “Borjomi Vağzalı” adlanan ərazidə baş verib.

Bu ərazidə əsasən geyim, meyvə-tərəvəz və müxtəlif anbar obyektləri yerləşir.

Hadisə yerinə dərhal FHİOX əməkdaşları cəlb olunub. Xilasedici briqadalar hazırda alovun söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparır. 

İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın baş verib
FHN: Gəncədə mebel sexindəki yanğın söndürülüb, xəsarət alan yoxdur - YENİLƏNİB-2
Gəncədə sexdəki yanğın söndürülüb - YENİLƏNİB
Tbilisidə ticarət mərkəzində güclü yanğın olub - VİDEO - YENİLƏNİB
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər