NATO PA-nın prezidenti Avropanı Ukrayna ilə bağlı təcili səfərbərliyə, yardımı artırmağa çağırıb
sizinxeber.az xəbər saytı

NATO PA-nın prezidenti Avropanı Ukrayna ilə bağlı təcili səfərbərliyə, yardımı artırmağa çağırıb


Ukraynaya təcili səfər edən NATO Parlament Assambleyasının prezidenti Markos Perestrello Ali Radada jurnalistlərə açıqlamalar verib.

"Report"un Şərqi Avropa bürosunun əməkdaşının Ali Radadan verdiyi məlumata görə, NATO PA prezidenti Avropanı Ukrayna ilə bağlı təcili səfərbərliyə, təmsil etdiyi Alyansın isə artıq qəti addım atmalı olduğunu bildirib.

"Biz öz parlamentlərimizdə siyasi dəstək və hərbi yardımı səfərbər etmişik, Ukrayna yardım etmək üçün xüsusi fond yaratmışıq. Ukraynanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə hüququ, o cümlədən NATO üzvlüyünə dəstək mesajlarımız aydındır. Prioritetlər aydındır. Biz Ukraynanın təcili ehtiyaclarını qarşılamağa davam etməliyik. Çünki Rusiya tərəfindən Ukrayna şəhərlərinin bombardmanı hər gün baş verir və qəbuledilməz mülki ölüm və dağıntılara səbəb olur. Buna görə də Ukraynaya özünü müdafiə etmək üçün lazım olan yardımı göndərməyə davam etməliyik”, - NATO PA-nın rəhbəri bildirib.

Onun sözlərinə görə, ikinci prioritet ABŞ, Avropa ölkələri və Ukraynanın ədalətli və davamlı sülh üçün birlikdə çalışmasıdır. “Biz müharibəni sona çatdırmaq üçün ABŞ-ın səylərini dəstəkləyir və təqdir edirik. Biz həmçinin Ukraynanı atəşkəsə hazır olduğunu və sülh sazişinin konturlarını müzakirə etməyə hazır olduğunu nümayiş etdirdiyinə görə təqdir edirik. Amma Moskva indiyə qədər sülhə gedən həqiqi yolu izləməyə heç bir səmimi maraq göstərməyib. Bu, təhlükəlidir", - o, vurğulayıb.

M.Perestrello bildirib ki, NATO qəti addımlar atmalıdır: "Bütün inkişafda olmalı olan möhkəm qərb institutlarını doğru təmsil etmək lazımdır. Böyük Britaniya və Fransa liderlərinin koalisiya təklifləri tezliklə reallaşmalıdır. Avropanın bu gün təcili səfərbər olmalıdır. Dərhal Ukraynaya yardımı artırmalıdır. Həm də gələcək uzunmüddətli sakitliyi təmin etmək üçün hazır olduğunu əməldə göstərməlidir. NATO öz işini fəallaşdırmalıdır, qəti addımlar atılmalıdır. Ukraynaya münasibət konkret addımlar atılmalıdır".

Oxşar xəbərlər

NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
Baş katib: NATO ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməlidir
Finlandiya NATO-nun Ukrayna üzrə missiyasına qoşulacaq
Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər