İstanbuldakı zəlzələdən sonra yoxlanılan binaların sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

İstanbuldakı zəlzələdən sonra yoxlanılan binaların sayı açıqlanıb


Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində indiyədək 8 367 bina yoxlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" də yazıb.

Nazir bildirib ki, bu binalardan 7 113-də dağıntl və ya xəsarət olmayıb. 437 bina isə qismən zədələlənib.

Bildirilib ki, yoxlamalar başa çatandan sonra zəruri tədbirlər görüləcək.

Nazir ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece rayonlarından müraciətin daxil olduğunu deyib.

Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə daxil olmağa çəkinir.

Oxşar xəbərlər

Türkiyəli nazir: COP31 namizədliyimizə göstərdiyi güclü dəstəyə Azərbaycana təşəkkür edirəm
Türkiyə hökuməti zəlzələdə binalara dəyən ziyanla bağlı 378 bildiriş alıb
Nazir: Türkiyə iqlim qanunu hazırlayır
Türkiyə DİN-ə zəlzələdən sonra 6 mindən çox müraciət daxil olub
Murat Kurum: Türkiyə və Azərbaycan TDT-nin lokomotividir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər