Türkiyə hökuməti zəlzələdə binalara dəyən ziyanla bağlı 378 bildiriş alıb
sizinxeber.az xəbər saytı

Türkiyə hökuməti zəlzələdə binalara dəyən ziyanla bağlı 378 bildiriş alıb


İstanbul zəlzələsindən sonra binaların strukturlarının zədələnməsi ilə bağlı qaynar xəttə 378 bildiriş gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, 12 binanın sakini təhlükəsizlik məqsədilə təxliyə edilib: “Binalara ziyan dəyməsi ilə bağlı 378 bildiriş daxil olub. Dərhal yoxlamalar apardıq. Ehtiyat tədbiri olaraq Fatih rayonunda biri tərk edilmiş bina olmaqla 12 binanı təxliyə etdik”.

O əlavə edib ki, mütəxəssislər yaxın 4 gün ərzində binalara ətraflı baxış keçirəcəklər: “Bu müddət ərzində vətəndaşlar istəsələr, cümə gününə qədər dərslərin bağlanacağı məktəblərdə müvəqqəti qala və gecələyə bilərlər”.

Oxşar xəbərlər

Murat Kurum: Türkiyə və Azərbaycan TDT-nin lokomotividir
Bakıda magistral xəttin üstündə bina tikildi, istilik kəsildi
COP29-da Türkiyə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacaq
Los Ancelesin 10 milyona yaxın sakini səhvən təxliyə barədə bildiriş alıb
Nazir: Türkiyə iqlim qanunu hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər