Dubay-Moskva reysini yerinə yetirən təyyarə Bakıda təcili eniş edib
Rusiyanın "Aeroflot" aviaşirkətinin Dubaydan Moskvaya uçan təyyarəsinin göyərtəsində bir nəfərin qeyri-adekvat davranışı səbəbindən ekipaj Bakıda təcili eniş etməli olub.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.
Təyyarə enən kimi polislər həmin şəxsi saxlayıb və salondan çıxarıblar.
"Kişi Şeremetyevoya uçmalı olan təyyarəyə sərxoş halda minib və qalmaqal yaradıb. O, sərnişinlərin üstünə qışqırıb, onlara toxunub və stüardessaların tələblərinə məhəl qoymadan içməyə davam edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, polis "Aeroflot"un ekipajını dindirir, digər sərnişinlər isə təyyarədə oturaraq Moskvaya yola salınmağı gözləyirlər. Onlara təyyarənin 30-40 dəqiqə ərzində yola düşəcəyi vəd edilib.
Oxşar xəbərlər
İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib
İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib
Moskva-İrəvan reysini həyata keçirən təyyarə Mahaçqalada məcburi eniş edib
Xəzər dənizi üzərində qəza siqnalı verən Dubay-Moskva sərnişin təyyarəsi Həştərxana təcili eniş edib - YENİLƏNİB
Türkiyədə təcili enən Hindistan təyyarəsində bomba tapılmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












