Rusiya və İran quru qaz dəhlizlərinin yaradılması üzrə işləri davam etdirməyə hazırdır
Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Möhsün Paknejad danışıqlar zamanı Rusiyadan İrana yeni quru qaz dəhlizlərinin yaradılması üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir.
“Aleksandr Novak qeyd edib ki, Rusiya Avrasiya İqtisadi Birliyi və İran arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə yardım etməyə hazırdır. Tərəflər həmçinin Rusiyadan İrana yeni quru qaz dəhlizlərinin yaradılması üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər”, – məlumatda vurğulanıb.
Rusiya Nazirlər Kabinetinə görə, danışıqlar zamanı tərəflər həmçinin OPEC+ sazişi çərçivəsində və GECF platformasında ölkələrin uğurlu qarşılıqlı fəaliyyətini qeyd ediblər.
“İran Rusiyanın etibarlı strateji tərəfdaşı olaraq qalır. Ölkələrimiz arasında əlaqələr əməkdaşlığın bütün əsas istiqamətləri üzrə tədricən möhkəmlənir və genişlənir”, – A.Novak bildirib.
O vurğulayıb ki, bu ilin yanvarında iki ölkənin prezidentləri Rusiya-İran tərəfdaşlığının strateji xarakterini ilk dəfə rəsmi şəkildə təsbit edən yeni əsas dövlətlərarası saziş imzalayıblar. Saziş iki ölkə arasında, o cümlədən yanacaq-energetika sektorunda əlaqələrin daha da inkişaf etdirilməsi üçün əsas prinsipləri müəyyən edir.
“Əminik ki, Rusiya OPEC+ formatında qarşılıqlı fəaliyyət çərçivəsində qlobal enerji bazarlarında tarazlığın əldə edilməsində sabitləşdirici rol oynamağa davam edəcək”, 2 M.Paknejad bildirib.
Oxşar xəbərlər
Aleksandr Novak: “Rusiya bir neçə il ərzində neft hasilatını 540 milyon tona çatdıracaq”
XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır
Səfir: Rusiya və İran 20 illik müddətə əlaqələrin inkişafı üçün yol xəritəsi hazırlayacaq
Rusiya Avropaya qazın nəqlini davam etdirməyə hazırdır
Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












