sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Los Ancelesin 10 milyona yaxın sakini səhvən təxliyə barədə bildiriş alıb
Kaliforniyada davam edən yanğınlar fonunda Los Anceles dairəsinin sakinlərinə səhvən təxliyə bildirişləri göndərilib.
“Sizinxeber.az” “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə dairənin fövqəladə hallar idarəsinin direktoru Kevin Makqouen məlumat verib.
"Hazırda Uest-Hillzdə baş verən "Kennet" yanğını ərazisindəki sakinlərin təxliyəsi barədə əmr səhvən dairənin təxminən on milyon sakininə və qonşu dairələrin bəzi sakinlərinə göndərilib", - o bildirib.
Direktorun sözlərinə görə, xəbərdarlıq yalnız Kalabasas və Aqura-Hillz şəhərlərinin sakinləri, həmçinin Los Anceləsin Uest-Hillz rayonunda olanlar üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib
Meşə yanğınları səbəbindən Hollivudun bir hissəsi təxliyə edilir - YENİLƏNİB
Los-Ancelesdə komendant saatı tətbiq ediləcək
Kanadada 500-ə yaxın yeniyetmə səhvən seçkilərə səsverməyə dəvət edilib
Məşhur Hollivud aktyoru Entoni Hopkinsin evi külə dönüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












