AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək
Türkiyənin ən böyük sərhədi Suriya ilədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Mustafa Elitaş "CNN Türk"ün efirində deyib.
O bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün çalışır: “Bu, Türkiyənin haqqıdır. Türkiyə İŞİD-ə qarşı ciddi mübarizə aparır. Həmçinin YPG, PKK kimi terror təşkilatlarının “terroristan” adlı dövləti yaratmasına imkan verməməsi də Türkiyənin ən təbii hüququdur”.
Siyasətçinin sözlərinə görə, Türkiyədəki suriyalılar könüllü şəkildə öz ölkələrinə qayıdırlar: “Bu rəqəmlər getdikcə artır. Fikrimcə, Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək”.
M.Elitaş həmçinin vurğulayıb ki, normallaşma prosesindən narahat olan qüvvələr də var.
Oxşar xəbərlər
Diplomatik mənbə: ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN rəhbəri Moskvada baş vermiş terror hücumunu pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya XİN-in rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan: Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












