Türkiyədə bəzi meyvələrlə bağlı ciddi problemlər yaranıb
sizinxeber.az xəbər saytı

Türkiyədə bəzi meyvələrlə bağlı ciddi problemlər yaranıb


Türkiyədə bəzi meyvə növləri ilə bağlı ciddi problemlər yaranıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarında, xüsusilə dənli, paxlalı və yağlı bitkilərdə daxili ərzaq təminatına mənfi təsir göstərəcək risk yoxdur: “Lakin temperaturun mənfi 17 dərəcəyə enməsi ilə əlaqədar bəzi rayonlarda müəyyən meyvə növlərində problem yaranıb. İlkin qiymətləndirmələr göstərir ki, ərik, üzüm, alma, şaftalı və nektarin kimi meyvə qruplarında müxtəlif dərəcəli zərərlər baş verib. Zərərlərin qiymətləndirilməsi ilə bağlı işimiz başa çatdıqdan sonra vəziyyət daha da aydınlaşacaq”.

Ərdoğan söyləyib ki, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi lazımi tədbirləri görür və qiymətləndirmə aparılır: “Hökumət bu çətin günlərdə bütün imkanları ilə fermerləri və istehsalçıları dəstəkləyir”.

Oxşar xəbərlər

Ərdoğan: Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır
İsrail Azərbaycana meyvə ixrac edəcək
Ərdoğan: Türkiyənin milli təhlükəsizliyinə təsir edən bəzi məsələlərdə ABŞ ilə fikir ayrılığı var
Türkiyə Prezidenti: Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb
FAO-nun mütəxəssisi: “Dünyada gənc nəsil aqrar sektordan uzaqlaşır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər