Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək
Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.
O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: “Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə IV Antalya Diplomatiya Forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub:
“Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafeyimizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq”.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək
Ərdoğan: Suriyanın azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcək
Türkiyə Prezidenti: Suriyada xaosun yenidən baş verməsini istəyənlər var
Ərdoğan: Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir
Ərdoğan: Cənub sərhədlərimizdə qeyri-sabitlik istəyənlərin fərqindəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













