Sosial-demokratlar Finlandiyada dairə və bələdiyyə seçkilərində qalib gəlirlər
Finlandiyanın müxalifətdəki Sosial-Demokrat Partiyası (SDP) bazar günü keçirilən dairə və bələdiyyə seçkilərində qalib gəlir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
İlkin məlumatlara görə, səslərin 95 %-i hesablandıqdan sonra seçicilərin 23%-dən bir qədər çoxu bu partiyaya səs verib. SDP respublika səviyyəsində hakim olan və əvvəllər yerli seçkilərdə dalbadal dörd dəfə qalib gələn Milli Koalisiya Partiyasını (21 %) geridə qoyub.
SDP-nin sədri Antti Lindtman jurnalistlərə bildirib ki, “Koalisiya partiyasının 20 il ərzində üstünlük təşkil etdiyi bələdiyyə seçkilərində qələbə böyük nailiyyətdir”.
“Bu, həqiqətən də finlərin dəyişiklik üçün səs verdiyini göstərir”, – o qeyd edib.
Üçüncü yeri təxminən 20 % səs toplayan Mərkəzçi Partiya tutub.
Şərhçilərin fikrincə, ən böyük məğlubiyyəti koalisiyaya daxil olan millətçi-radikal “Həqiqi Finlər” partiyası yaşayıb: o, 7,6 % dəstəklə altıncı yerdədir və 2021-ci ildəki əvvəlki yerli seçkilərlə müqayisədə nəticəsini 6,9 % azaldıb.
Oxşar xəbərlər
Gürcüstanın hakim partiyası parlament seçkilərində 54 faizlə qalib gəlir - YENİLƏNİB
Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb
Gürcüstan MSK: “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir
Brandenburqda Şolts üçün vacib seçkilər: sosial demokratlar sağçı populistləri üstələməyi bacarıblar
MSK: Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













