Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb
sizinxeber.az xəbər saytı

Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb


Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin seçki mərkəzi məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 9:00-da başlayıb və 20:00-da başa çatacaq. İlkin nəticələrin gecə yarısına qədər açıqlanması gözlənilir.

Bu seçkilər iki fərqli səviyyədə keçirilir: bölgə (sosial və tibbi xidmətlərin təşkili) və bələdiyyə (infrastruktur və yerli idarəetmə məsələləri). Helsinki və Aland adalarında bölgə seçkiləri keçirilmir, çünki bu ərazilərdə müvafiq xidmətlər yerli hakimiyyət orqanları tərəfindən təmin olunur.

Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, regional seçkilərdə ilkin səsvermədə seçicilərin 27,2 faizi, yerli seçkilərdə isə 28,4 faizi iştirak edib.

Rayon və bələdiyyə seçkilərində 16 siyasi partiyadan 30 minə yaxın şəxs namizədliyini irəli sürüb. Seçkilər ərəfəsində keçirilən ictimai rəy sorğusuna əsasən, müxalifətdə olan Sosial Demokrat Partiyası hakim Koalisiya Partiyası ilə birgə liderlik edir.

Oxşar xəbərlər

Finlandiyada bölgə və bələdiyyə seçkiləri başlayıb
Məzahir Pənahov: Bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Belarusda prezident seçkiləri başlayıb
Qırğızıstanda yerli şuralara deputat seçkiləri başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle