Əraqçi: ABŞ nümayəndə heyəti Omana gəlsə, mütləq nəticə əldə edəcəyik
sizinxeber.az xəbər saytı

Əraqçi: ABŞ nümayəndə heyəti Omana gəlsə, mütləq nəticə əldə edəcəyik


ABŞ nümayəndə heyəti danışıqlar üçün Omana gəlsə, mütləq nəticə əldə edəcəyik.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu Əlcəzairdə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərin ABŞ ilə mümkün danışıqlara dair sualını cavablandırarkən deyb.

O bu danışıqların birbaşa deyil, vasitəçinin, indiki halda Omanın iştirakı ilə keçiriləcəyini vurğulayıb: “Bu cür dialoqda qəribə heç nə yoxdur. Beynəlxalq münasibətlər tarixində dəfələrlə belə hadisələr baş verib”.

Nazir qeyd edib ki, tarixi şərait və başqa səbəblərdən bir-biri ilə birbaşa danışıqlar aparmaq istəməyən ölkələr var: “Məsələn, Rusiya və Ukrayna arasında danışıqlar hazırda ABŞ vasitəsilə dolayı yolla aparılır. Hər iki tərəf öz səbəblərinə görə birbaşa görüşmək istəmədiyindən danışıqlar vasitəçi ilə aparılır”.

A.Əraqçi qeyd edib ki, Oman bu məsələdə İranla ABŞ arasında vasitəçidir: “Biz Omana nüfuzuna görə yaxşı vasitəçi kimi etibar edirik. Başqa tərəfdən, diplomatik həllə nail olmaq üçün ciddi qətiyyətlə qarşılaşacağımıza ümid edirik. Danışıqlarda vacib olan budur”.

Oxşar xəbərlər

İranın XİN rəhbəri: Məktub mübadiləsindən sonra ABŞ ilə danışıqlar olmayıb
İran: ABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün heç bir səbəb yoxdur
KİV: Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək
XİN: İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil
Rəsmi Tehran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər