Türkiyə XİN rəhbəri: PKK silahı yerə qoysa, bölgə xalqları bundan faydalanacaq
“PKK tərəfdarları liderləri Abdullah Öcalanın çağırışına əməl edib silahlarını yerə qoysalar, bütün Yaxın Şərq və onun xalqları bundan faydalanacaq”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.
“Ümid edirik ki, PKK Öcalanın bu çağırışına qulaq asacaq və ona əməl edəcək. Bu, həqiqətən də kürdlərin özlərinə və Yaxın Şərqdə yaşayan bütün xalqlara fayda verəcək ”, - deyə o bildirib.
Hakan Fidan əmindir ki, xüsusilə PKK tərəfdarları İraq daxilində vəziyyətə dağıdıcı təsir göstərir və hətta ərazilərinin bir hissəsini işğal ediblər. Bu baxımdan o, Bağdadın hazırda İŞİD-ə qarşı mübarizə apardığı kimi PKK ilə də mübarizə aparacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir
Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır
Hakan Fidan: ABŞ-nin Türkiyəyə F-16-ların tezliklə satışına ümid edirik
Hakan Fidan İsrailə xəbərdarlıq edib
Hakan Fidan Suriyaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











