Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan qrantların məbləği 84 milyon dollara çatıb
sizinxeber.az xəbər saytı

Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan qrantların məbləği 84 milyon dollara çatıb


Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və torpaqlardan davamlı istifadəyə yönəlmiş regional qrant layihələrinin məbləği 84 milyon ABŞ dolları təşkil edir.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin qorunması və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov aprelin 5-də keçirilən Beynəlxalq İqlim Forumunda bildirib.

"Demək olar ki, Qlobal Ekoloji Fondun (GEF) Mərkəzi Asiyada su və torpaq ehtiyatları arasındakı əlaqələrin gücləndirilməsinə yönəlmiş regional proqramın həyata keçirilməsi (beş layihənin maliyyələşdirilməsi üçün - red.) üçün 26 milyon dollar ayırması mühüm nailiyyət olub", - o qeyd edib.

Ekologiya naziri vurğulayıb ki, Mərkəzi Asiya üçün sıçrayış region ölkələrinin ekoloji problemlərin həllinə yanaşmasını dəyişməsi faktı olub.

"Biz yanaşmanı dəyişdik - əvvəllər torpaqların deqradasiyası və sudan istifadə ilə bağlı problemləri ayrı-ayrılıqda nəzərdən keçirirdik. İlk dəfə olaraq bu istiqamətləri birləşdirmək üçün “Nexus” adlanan yanaşmadan istifadə edə bildik. Bu, məncə, çox mühüm nailiyyət idi", - A.Abduhakimov bildirib.

Onun sözlərinə görə, "Mərkəzi Asiya - Avropa İttifaqı" sammitindəki bəyanatlar Mərkəzi Asiya liderlərinin regionun bütün aktual problemlərini birlikdə həll etməyə hazır olduqlarını aydın şəkildə göstərir.

Oxşar xəbərlər

Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Fon der Lyayen: Mərkəzi Asiyada və Avropada qlobal istiləşmə iki dəfə çox sürətlə baş verir
Səmərqənddə Beynəlxalq İqlim Forumu başlayıb
Özbəkistanın ekologiya naziri: COP29 əvvəllər nail olunmamış hədəflərə çatmaq üçün şansdır
Nazir müavini: Biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər