Acarıstan hökumətinin sədri vəzifəsini tərk edib
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Başçısı Tornike Rijvadze uzun müddət rəhbərlik etdiyi vəzifədən istefa verdiyini açıqlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
T.Rijvadze qərarını verdikdən sonra qeyd edib ki, yeddinci ildir bu vəzifədə fəaliyyət göstərir və artıq yeniliyə ehtiyac duyur.
Tornike Rijvadze “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşviliyə dəstək göstərdikləri üçün təşəkkür edib. O, həmçinin Acarıstan əhalisinə göstərdikləri güvənə görə xüsusi təşəkkürünü bildirib.
Rijvadze gələcəkdə də “Gürcü Arzusu” Partiyasının sadiq əsgəri olaraq qalacağını vurğulayıb və qarşıda daha böyük qələbələrin olduğuna inandığını qeyd edib.
Oxşar xəbərlər
İrakli Kobaxidze “Gürcü Arzusu”nun yaradıcısına qarşı sanksiyaları pisləyib
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
İrakli Qaribaşvili Gürcüstan hakim partiyasının sədri seçilib
Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb
"Gürcü Arzusu": Bayden administrasiyası həm ABŞ, həm də Gürcüstan üçün zərərli idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













