Gürcüstanın XİN rəhbəri: Ölkə sülhün tərəfini tutduğuna görə cəzalandırır
"Qərb ölkələri Gürcüstanı sülhün tərəfini tutduğuna və müharibədən imtina etdiyinə görə cəzalandırır".
"Report"un məlumatına görə, bunu "İmedi" telekanalına müsahibəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
"Gürcüstanı hakimiyyətin etdiyi seçimə görə cəzalandırırlar. Gürcüstan hakimiyyəti müharibənin yox, sülhün lehinə seçim edib. Hakimiyyət ölkəmizdə müharibə və qeyri-sabitlikdən əl çəkib. Məhz buna görə də Gürcüstan dövlətinə müəyyən qüvvələr tərəfindən bu cür təzyiqlər aldıq", - deyə Boçorişvili bildirib.
XİN rəhbəri qeyd edib ki, təzyiqlər davam edir və bu cür aksiyaları həyata keçirən qüvvələr heç yana getməyib. Nazirin sözlərinə görə, bəzilərinin hələ də Gürcüstanda qeyri-sabitliyin saxlanmasında marağı var.
Oxşar xəbərlər
Gürcüstanın XİN rəhbəri: Ölkə sülh tərəfini tutduğuna görə cəzalandırır
Zaur Darğallı: Qərbin agenturasına çevrilən radikal müxalifət Gürcüstanda sabitliyi pozmağa çalışır
Gürcüstan XİN rəhbəri BMT-də Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib
Boçorişvili: Bakı və İrəvan arasında normallaşma davamlı sülh üçün zəmin yaradacaq
Boçorişvili: Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











