Lavrov: Rusiya və ABŞ münasibətlərin normallaşdırılması üzrə yeni görüş hazırlayır
Rusiya və ABŞ ikitərəfli münasibətləri normallaşdırmaq üçün yeni görüş hazırlayır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
Rusiya XİN başçısının sözlərinə görə, Moskva və Vaşinqton iki ölkə prezidentinin razılığı ilə səfirliklərin işinə ciddi mane olan “qıcıqlandırıcı” məsələlərin aradan qaldırılması mövzusu üzərində işləyirlər.
“İstanbulda görüş oldu, hazırda ikinci görüş hazırlanır, eyni zamanda, telefon və videokonfrans vasitəsilə təmaslar qurulur. Proqnoz vermək istəmirəm, lakin irəliləyiş olduğunu və amerikalı tərəfdaşlarımızın diplomatik praktika baxımından tamamilə qəbuledilməz olan diplomatların paytaxtlarda normal işinə mane törədən məsələləri aradan qaldırmaq istəyini görürük”, - Lavrov deyib.
Oxşar xəbərlər
Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırıb
Lavrov bu həftə Moskva və Vaşinqton arasında təmasların anonsunu verib
Peskov: Lavrov və Uşakov Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüş keçirəcək
Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır
Lavrov: Rusiya Gürcüstanla ikitərəfli əlaqələrin normallaşdırılması prosesinə davam etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











