Özbəkistan və Qazaxıstan 4 milyard dollarlıq birgə investisiya layihələri portfeli formalaşdırıb
Özbəkistan və Qazaxıstan 4 milyard dollardan çox məbləğdə birgə investisiya layihələri portfeli formalaşdırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Almatı şəhərində qeyri-rəsmi görüş keçiriblər.
İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib.
"Bütün səviyyələrdə aktiv əlaqələr saxlanılır. Ticarət dövriyyəsinin həcmi ilin əvvəlindən 14 faiz artıb, 4 milyard dollardan çox məbləğdə investisiya layihələri portfeli formalaşdırılıb. Eyni zamanda, regionlararası sıx əlaqələr və mədəni-humanitar mübadilə inkişaf etdirilir", - məlumatda bildirilib.
Dövlət başçıları hər iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı ticarətin artırılması, elektrotexnika, neft-qaz, toxuculuq, aqrar və digər prioritet sahələrdə aparıcı müəssisələrin əməkdaşlıq layihələrinin genişləndirilməsi üzrə görülən tədbirlər barədə hesabatlarını dinləyiblər.
Prezidentlər uzunmüddətli sənaye əməkdaşlığı proqramının formalaşdırılması, regional əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi üçün konkret tapşırıqlar veriblər.
Oxşar xəbərlər
Özbəkistan və Türkiyə 10 milyard dollarlıq yeni investisiya layihələri formalaşdırıb
Qazaxıstanla Çin arasında investisiya portfeli 60 milyard dolları ötüb
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 26,5 faiz artıb
Özbəkistan və Macarıstan liderləri iki ölkə arasında strateji tərəfdaşlığı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











