Özbəkistan Prezidenti 488 məhkumu əfv edib
sizinxeber.az xəbər saytı

Özbəkistan Prezidenti 488 məhkumu əfv edib


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ramazan bayramı ərəfəsində "Cəza müddətini çəkən, səmimi şəkildə peşman olan və islah yolunu qətiyyətlə tutmuş bir qrup şəxsin əfv edilməsi haqqında" fərman imzalayıb.

“Sizinxeber.az” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən fərman əsasında 488 məhkum əfv edilib.

Əfv edilənlərdən 100 nəfər əsas cəzadan tamamilə azad edilib, 268 nəfər şərti - vaxtından əvvəl cəza çəkməkdən azad olunub, 34 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan əlavə, 86 məhbusun həbs müddəti azaldılıb.

"Əfv edilənlər arasında xarici ölkələrin 17 vətəndaşı, 37 qadın, 60 yaşdan yuxarı 37 kişi, 30 yaşadək 167 şəxs və qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş 5 nəfər var", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Gürcüstan Prezidenti 17 məhbusu əfv edib
İsrail 110 fələstinli məhbusu azad edəcək
Belarus Prezidenti 15 məhkumu əfv edib
Bu ilin birinci yarısında Gürcüstanda 9193 nəfər məhkum edilib
Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle