sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ermənistanda itkin düşən ispan alpinistin axtarışları bərpa olunub
Ermənistanda 30-dan çox şəxs Araqats dağında itkin düşən və həlak olduğu ehtimal edilən ispan alpinistin axtarışlarını davam etdirir.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Xilasetmə Xidməti məlumat yayıb.
Axtarışlar martın 12-də saat 06:00-dan etibarən yenidən başlayıb. DİN-in Xilasetmə Xidməti və Ermənistan Alpinizm Federasiyası tərəfindən təşkil edilən axtarış-xilasetmə işlərində 29 xilasedici və dörd alpinist iştirak edir.
Qeyd edək ki, dünən İspaniya vətəndaşı olan doqquz nəfərdən ibarət qrup qar uçqununa düşüb, səkkiz nəfər xilas edilib.
Oxşar xəbərlər
Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb
Ermənistanda qar uçqunu nəticəsində səyyah itkin düşüb
Lənkəranda dənizdə itkin düşən balıqçının axtarışı davam etdirilir, helikopter cəlb edilib - VİDEO
Heyətində 14 nəfər olan balıqçı trauleri Cənubi Koreya sahilində batıb
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir, helikopter cəlb olunub - YENİLƏNİB-1 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











