İranlı nazir: Sosial şəbəkəyə tətbiq edilən filtrlərin aradan qaldırılması tezliklə baş verməyəcək
İran hökuməti sosial şəbəkəyə tətbiq edilən filtrləri aradan qaldırmağı qarşısına məqsəd qoysa da, bu, tezliklə baş verməyəcək.
“Sizinxeber.az” “fararu.com”a istinadən xəbər verir ki, bunu İranın rabitə və texnologiya naziri Səttar Haşimi bildirib.
Jurnalistlərin “YouTube” və “Telegram” kimi kanallara tətbiq edilən məhdudiyyətin aradan qaldırılacağı müddətlə bağlı sualına cavabında nazir deyib ki, bu istiqamətdə işlər görülür, ancaq konkret vaxt barədə fikir söyləyə bilmir.
Onun sözlərinə görə, birinci mərhələdə “WhatsApp” və “Google Play”dən filtrlər qaldırılacaq.
İran Prezidenti Məsud Pezeşkian prezident seçkiləri qabağı təşviqat-təbliğat kampaniyasında sosial şəbəkəyə tətbiq edilən filtrlərin aradan qaldırılacağını vəd etmişdi.
Oxşar xəbərlər
İran "WhatsApp" və "Google Play"ə qoyulan qadağaları aradan qaldırıb
İranda "WhatsApp" və "Google Play"ə məhdudiyyətlər aradan qaldırılır
Norveç Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyanı aradan qaldırıb
XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır
Aİ XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasını müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











