Putin: Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasına mane oldu
“Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasının qarşısını aldı, əks halda münaqişə həmin ilin sonunda bitəcəkdi”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
Putin pozulmuş danışıqlar prosesindən danışarkən deyib: “Cənab Conson (Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson - Qeyd) gəlib bunu təkcə öz təşəbbüsü ilə deyil, həm də əminəm ki, ABŞ administrasiyasının dəstəyi ilə həyata keçirdi. Mənim buna heç bir şübhəm yoxdur”.
Onun sözlərinə görə, İstanbul sazişini Ukrayna tərəfi paraflayıb, bu da onlara uyğun olduğunu göstərir:
“Ukrayna tərəfi və rəsmiləri açıq şəkildə bəyan ediblər ki, əgər onlar bu müqaviləni qəti şəkildə imzalasaydılar, müharibə 2022-ci ilin sonunda bitəcəkdi. Bunu biz demədik, Kiyevdəki Ukrayna rəsmiləri bunu açıq şəkildə dedilər”.
Oxşar xəbərlər
Ukrayna bizim üçün ölüm-dirim məsələsidir - Putin [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: “Bu ... Putin bir sutkadır fikirləşir ki, hadisəni Ukrayna ilə necə bağlayım” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: "Ukrayna ərazisindəki xarici hərbi bazaları vuracağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












