Rəsmi Tehran: Fransa səhvlərini anlamalı, onları düzəltməlidir
sizinxeber.az xəbər saytı

Rəsmi Tehran: Fransa səhvlərini anlamalı, onları düzəltməlidir


Fransa regional, beynəlxalq sülh və təhlükəsizlik qarşısında məsuliyyətini, səhvlərini qəbul etməli, onları düzəltməlidir.

“Report” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Fransa rəsmilərinin İranın Rusiya – Ukrayna müharibəsində iştirakına dair iddialarına cavabında deyib. 

O bildirib ki, rəsmi Tehran müharibənin gedişinə qarışmır.

Nazirlik rəsmisi Fransanın bu ittihamları təkrarlamasını məsuliyyətsizlik kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna ilə müharibədə İran avadanlıqlarından istifadə etdiyini bildirmişdi.

Oxşar xəbərlər

Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb
İran Avropa "üçlüyü"nün çağırışına cavab verib
İran səfiri Fransa XİN-ə çağırılıb
Makron Trampın qayıdışı fonunda Avropanı "oyanmağa" çağırıb
İran XİN: BMT Təhlükəsizlik Şurası hərəkətsizdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle