Gürcüstan Prezidenti: Zorakılıq xalqı dayandıra bilməz
sizinxeber.az xəbər saytı

Gürcüstan Prezidenti: Zorakılıq xalqı dayandıra bilməz


“Xarici təsirin şəffaflığı haqqında” qanun Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub. Etirazlara Rusiya təsirinə qayıtmaq istəməyən gənclər rəhbərlik edir.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Sky News”a deyib.

Prezidentin sözlərinə görə, Gürcüstan vətəndaşları heç kimə Avropa perspektivini və reallığını oğurlamağa imkan verməyəcək: “Bəzi müxalifət liderlərinə və gənclərə qarşı zorakılıq tətbiq olundu, lakin bu, Gürcüstan xalqını dayandıra bilməz. Bu, uzun döyüşdür, Gürcüstan əvvəllər dəfələrlə Rusiyanın üstünlüyünü məğlub edib. Bu qanun layihəsinin yenidən gündəmə gətirilməsində vacib odur ki, layihə sırf Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub".

"Vacibdir ki, bunu müxalifət partiyaları deyil, əhalinin Rusiya təsirinə qayıtmaq istəməyən gənc hissəsi təşkil edib. Biz bu statusu gördük. Namizədlik dekabr ayında verildi ki, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar ilin sonunda başlaya bilər. Bu reallıqdır və heç kimə perspektivi oğurlamağa imkan verilməyəcək", - S.Zurabişvili bildirib.

Oxşar xəbərlər

Hakim partiyanın sədri: “Gürcüstan Moldova və Ukraynadan əvvəl Aİ-yə daxil olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq Gürcüstanda "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Prezidenti Azərbaycan liderini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər