Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB


Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Yaralı sayı isə 6 nəfərdən 9-a yüksəlib.

Xilasetmə işləri davam edir.

19:21

Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.

Oxşar xəbərlər

Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 21,6 min nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, xeyli yaralı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər