Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var
Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib, iki nəfər həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.
"İlkin məlumata görə, partlayış Ryazan prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib. İki nəfər ölüb", - agentliyin həmsöhbəti bildirib.
Partlayış nəticəsində binanın birinci mərtəbəsindən dördüncü mərtəbəsinə qədər pəncərə şüşələrı sınıb.
Daha sonra Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.
"Moskvada Ryazan prospektində baş vermiş və iki kişinin ölümü ilə nəticələnmiş hadisə ilə əlaqədar Moskva üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən cinayət işi açılıb", - qurumdan bildirilib.
Oxşar xəbərlər
Maqadanda baş vermiş yanğında 3 uşaq daxil olmaqla 4 nəfər həlak olub
Gəncədə mənzildə partlayış olub, xəsarət alan var
Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
