Pulkovo hava limanından sərnişinlərin bir hissəsi 24 saatdan çoxdur ki, uça bilmir
Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında sərnişinlərin bir hissəsi bir gündən çoxdur ki, öz reysləri ilə uça bilmir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Aeroflot" aviaşirkətinin Volqoqrad, Mineralnıye Vodı, Murmansk və Kalininqrada olan bir neçə reysi artıq 27 saata yaxındır ki, yerinə yetirilmir. Eyni zamanda insanların steril zonadan çıxmasına da icazə verilmir.
İnsanlar gecikmənin səbəbini boş ekipajın olmaması ilə əlaqələndirirlər.
Onların sözlərinə görə, sərnişinlərin baqajı da verilmir, çünki boşaldılan baqajı götürə biləcək məsul işçi yoxdur. İnsanların baqajla birlikdə ev heyvanlarını da təhvil verməsi vəziyyəti daha da ağırlaşdırır.
Sərnişinlərin sözlərinə görə, onlara yemək və su 14 saatdan sonra verilib.
Məlumata görə, reyslər ləğv olunmur, təxirə salınır, buna görə də insanlar yeni bilet alaraq hava limanını tərk edə bilmirlər.
Oxşar xəbərlər
Sankt-Peterburq aeroportu fəaliyyətini müvəqqəti dayandırıb
Sankt-Peterburq - Antalya aviareysi təyyarədə yaranan texniki nasazlıq səbəbindən gecikib
"Aeroflot" AZAL-a həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım etməyə hazırdır
Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur
Rusiyanın bəzi aviaşirkətləri Azərbaycana reyslərini ləğv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













