Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır
“Rosatom” ilə “Akkuyu AES”in tikintisinə dair razılaşma ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsini nəzərdə tutur, lakin Türkiyə tarixi bir az daha erkən vaxta keçirməyə çalışır.
"Sizinxeber.az"un məlumatına görə, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Soçidə keçirilən "Atomexpo 2024" forumunda türkiyəli jurnalistlərə açıqlamasında deyib.
"Akkuyu AES-in ilk reaktorunu bu il istifadəyə vermək üçün intensiv səylər göstəririk. Məqsədimiz budur və xüsusən “Rosatom”, podratçılar və nüvə tənzimləyicimiz istiqamətində işləyirik. Həm texniki, həm də digər çətinliklər var. Ümid edirəm ki, buna nail olacağıq.
“Rosatom”la razılaşmanın şərtlərinə əsasən, ilk reaktorun istismara verilmə tarixi 2025-ci ilə qədər müəyyən edilib. Biz onu bir qədər erkən tarixə keçirməyə çalışırıq", - "Sabah" qəzeti nazirdən sitat gətirib.
Oxşar xəbərlər
Türkiyənin energetika naziri: gündəlik 32 min bareldən çox neft hasil edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək - Nazir (FOTO) [xfgiven_updateblue][/xfgiven_updateblue]
AK Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: "Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












