Ankara İsrailin Türkiyə diplomatlarına qarşı təhdidlərini pisləyib
İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə Qəzzada sülhə nail olmaq mümkün deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Öncü Kecəli “X” hesabında ölkənin Təl-Əvivdəki səfirinin müavininin İsrail XİN-ə çağırılmasını şərh edərkən bildirib.
Xatırladaq ki, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıb.
"Danışıqçıları öldürməklə və diplomatları hədələməklə sülhə nail olmaq mümkün deyil", - o qeyd edib.
Haniyənin qətli ilə əlaqədar Türkiyədə avqustun 2-də birgünlük matəm elan olunub.
Oxşar xəbərlər
Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırılıb
Türkiyənin Tel-Əvivdəki səfirliyindəki bayraq yarıya endirildi, İsraillə diplomatik böhran başladı
Türkiyədə bir günlük matəm elan edilib
İranda üçgünlük matəm elan edilib - YENİLƏNİB - 2
İranda Haniyənin dəfn mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













