Ermənistan adı rüşvətdə hallanan komitəsində sədr müavini vəzifəsindən çıxarılıb
sizinxeber.az xəbər saytı

Ermənistan adı rüşvətdə hallanan komitəsində sədr müavini vəzifəsindən çıxarılıb


Ermənistanın baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsi sədrinin müavini vəzifəsini icra edən Aşot Muradyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb.

Bu barədə “Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir.

O, “İctimai Xidmət haqqında Qanun”un bir sıra maddələrinə əsasən vəzifəsindən azad olunub.

Qeyd edək ki, daha əvvəl Dövlət Gəlirləri Komitəsinin bir qrup məmuru 8 milyon dram (təxminən 20 min ABŞ dolları) məbləğində rüşvət tələb etməkdə ittiham olunur. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, baş vergi müfəttişləri V.A. və A.K. Armavir rayonunda uşaq bağçasında aparılan əsaslı təmir işlərinə baxış zamanı 9 nəfər qeydiyyatdan keçməyən fəhlə, eləcə də tikinti şirkəti və onunla əlaqəli digər qurum tərəfindən vergi pozuntuları aşkarlayıblar. Müfəttişlər ortaq şərik S.A.-nın sayəsində həmin şirkətlərin direktoru və direktor müavini ilə görüşərək, qeydiyyatda olmayan işçilər və vergi pozuntuları faktının qeydə alınmaması təklifi ilə 8 milyon dram rüşvət tələb edib. İki şirkətin direktoru və direktor müavini bununla razılaşıblar. V.A. və A.K. Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda rüşvət alma) ilə ittiham ediliblər. S.A rüşvət almağa kömək etmə maddəsi ilə, daha bir nəfər xüsusən külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham olunurlar.

Oxşar xəbərlər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər
Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
General Cavad Qasımov vəzifəsindən AZAD EDİLDİ
Naxçıvanın Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər