Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb
sizinxeber.az xəbər saytı

Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb


Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistan nümayəndə heyətinin növbəti görüşdə iştirak formatı ilə bağlı mübahisə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında distant formatda iştirak edəcəyini bildirməsindən sonra başlayıb.

“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətinizi biz gətirərik”, - Lukaşenko bildirib.

Paşinyan buna cavab olaraq deyib ki, bu barədə artıq bəyanatla çıxış edib və o, qüvvədədir.

"Hesab edirəm ki, bu, məsələləri müzakirə etmək üçün düzgün format deyil. Siz bu məsələyə toxundunuz və mən dərhal reaksiya verməli idim ki, heç bir anlaşılmazlıq olmasın", - o əlavə edib.

Qeyd edək ki, Ermənistanın baş naziri bundan əvvəl koronavirusa yoluxduğu üçün indiki Aİİ sammitində videoformatda çıxış edib. Lukaşenko tədbirdə şəxsən iştirak edib.

Belarus-Ermənistan münasibətləri Aleksandr Lukaşenkonun Bakı və İrəvan arasında Qarabağla bağlı münaqişə ilə bağlı verdiyi bəyanatdan sonra pisləşib. Belarus Prezidenti Qarabağdakı əməliyyatı azadlıq müharibəsi adlandırıb. Daha sonra Paşinyan bəyan edib ki, Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətdə bu ölkəyə səfər etməyəcək.

Oxşar xəbərlər

Belarusa getmək istəməyən Paşinyanla Lukaşenko arasında mübahisə olub
Lukaşenko Belarusa getmək istəməyən Paşinyana irad tutub: Məgər Minsk bu qədər uzaqdır?
Paşinyan Aİİ sammitində iştirak etməyi planlaşdırır
Lukaşenko Qarabağ ətrafında baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırıb
KİV: Paşinyan Aİİ sammitində iştirak üçün Moskvaya gedə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər