Belarusa getmək istəməyən Paşinyanla Lukaşenko arasında mübahisə olub
sizinxeber.az xəbər saytı

Belarusa getmək istəməyən Paşinyanla Lukaşenko arasında mübahisə olub


Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.

Sizinxeber.az-nın TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.

Oxşar xəbərlər

Lukaşenko Belarusa getmək istəməyən Paşinyana irad tutub: Məgər Minsk bu qədər uzaqdır?
Lukaşenko: Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb
Lukaşenko: Ermənistanla münasibətlərin pisləşməsində günahımız yoxdur
Lukaşenko: Rusiya Belarus vasitəsilə Avropa İttifaqı ölkələrinə hücum etmək fikrində deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər