Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb


Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti bildirib.

Məlumata görə, səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Sergey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Bildirilib ki, səfir Neçayev XİN-ə çağırılmazdan əvvəl "Neue Osnabrücker Zeitung" qəzetinə müsahibədə "hərbi sənayenin maraqlarının" bu hadisədə rol oynaya biləcəyi fikrinin və anti-Rusiya ritorikasının yayılmasından narahatlığını ifadə etmişdi.

Qeyd edək ki, fevralın 16-da Sergey Navalnı həbsxanada ölüb. Fevralın 18-də Berlində Aleksey Navalnının xatirəsinə yürüş keçirilib.

Oxşar xəbərlər

Sergey Şoyqu sülhməramlıların Qarabağdakı fəaliyyətindən danışıb
Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər
Britaniya səfiri İran XİN-ə çağırılıb
Rusiya və Ermənistan operativ kommunikasiya kanalları yaradıblar
Sergey Narışkin: "Qərb Rusiyadakı müxalifəti ayağa qaldırmaq istəyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər