Gürcüstan DİN valideynlərə uşaqları Tbilisidəki aksiyadan uzaqlaşdırmağa çağırıb
Gürcüstanın Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan uzaqlaşdırmağa çağırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
“Müxtəlif KİV-lər nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların olması barədə görüntülər yayırlar. Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var. Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılığa çevrilib. Uşaqlar zorakı mühitdədir və onların xəsarət alması riski yüksəkdir. Biz valideynləri uşaqları aqressiv mühitdən qorumağa çağırırıq”, - deyə nazirlik bildirib.
Qurum, polisə davam edən hücumların artıq bir neçə saatdır davam etdiyini və etirazçıların hərəkətlərinin sülh toplanışı çərçivəsindən çıxdığını qeyd edib.
Daxili İşlər Nazirliyi onu da bildirib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, içəriyə tezalışan maddələr atırlar, daha sonra yanğın törətmək üçün içəriyə fişənglər atmağa çalışırlar.
Oxşar xəbərlər
Gürcüstanda aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib - YENİLƏNİB-2
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib
Gürcüstan Prezidenti Tbilisidə parlament binası qarşısında aksiyaçılara qoşulub
Gürcüstan Prezidenti seçkilərdən sonra etirazlara çağırıb
Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











