Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb
sizinxeber.az xəbər saytı

Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb


Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat açıqlayıb.

Belə ki, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

Oxşar xəbərlər

Özbəkistanda parlament seçkiləri baş tutmuş hesab edilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr...
Özbəkistanda parlamentin aşağı palatasına seçkilər keçiriləcək
Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib
Naxçıvanda saat 12:00-a olan seçici fəallığı 19,52 faiz təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle