Kaxa Kaladze Gürcüstan müxalifətinə xəbərdarlıq edib
“Gürcüstanda müxalifət partiyaları xalqın dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcəklər”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.
“Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq”, - Kaladze bildirib.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim partiya 52,99% səs toplayıb ki, bu da təxminən parlamentdəki 90-91 mandata uyğundur. Partiya hökuməti təkbaşına qurmaq hüququ əldə etsə də, parlamentdə konstitusiya çoxluğuna malik olmayacaq.
Oxşar xəbərlər
Kaxa Kaladze: Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək
"Gürcü Arzusu": Müxalifət məntəqələrdə gərginlik yaratmağa çalışacaq, buna hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
