İvanişvili: Seçicilər ya xalqın qeydinə qalanlara, ya da xaricdən tapşırıq alanlara səs verməlidirlər
sizinxeber.az xəbər saytı

İvanişvili: Seçicilər ya xalqın qeydinə qalanlara, ya da xaricdən tapşırıq alanlara səs verməlidirlər


Seçicilər çox sadə seçim etməlidirlər - ya xalqın, ölkənin qeydinə qalanlara, ya da xaricdən verilən tapşırıqları yerinə yetirən agentlərə səs verməlidirlər.

"Sizinxeber.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.

“Mən cəmiyyəti seçkiyə getməyə çağırmaq istəyirəm. Çox sadə seçim etmək lazımdır - ya biz sizə, gürcü xalqına, Gürcüstan cəmiyyətinə, vətənimizə xidmət edəcək, ölkənin qayğısına qalacaq bir hökumət, ya da başqa ölkənin tapşırıqlarını icra edəcək xarici agentlər seçirik”, - o, səsvermədən sonra bildirib.

B.İvanişvilinin sözlərinə görə, budəfəki seçkilər onunla fərqlənir ki, bəzi qüvvələr Gürcüstanı müharibəyə sürükləməkdə maraqlıdır. "Agentura" qalib gəlsə, dərhal "müvafiq tapşırıq" alacaq.

“Biz bu seçkilərlə siyasəti kriminaldan azad etməyi, bu cür antaqonizmin, nifrət dilinin, qütbləşmənin olmayacağı keyfiyyətcə yeni cəmiyyətə malik olmağı bacarmalıyıq”, - o əlavə edib.

Oxşar xəbərlər

KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Senatının rəsmisi: “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İvanişvili Gürcüstan müxalifətini ölkəni müharibə və xaosa sürükləməyə çalışmaqda günahlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər