Mariya Zaxarova: Qərb Cənubi Qafqazdakı proseslərə təsirini saxlamağa çalışır
Qərb Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını saxlamağa, o cümlədən regionda sabitliyi pozmağa çalışır.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Buna nail olmaq üçün onlar hər şeyə, o cümlədən yeni müharibələrə başlamağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar, mən hələ suveren dövlətlərin işlərinə müdaxilədən danışmıram, çünki onlar bunu mütəmadi olaraq edirlər”, - M.Zaxarova bildirib.
XİN nümayəndəsi qeyd edib ki, ABŞ-nin Gürcüstanın Rusiyaya qarşı “ikinci cəbhə” açmasına yönəlmiş cəhdləri Qərblə oyun oynamağın təhlükəsini açıq şəkildə nümayiş etdirir.
“Bu cür davranış ABŞ və Aİ ilə oyun oynamağa çalışan hər kəsə dərs olmalıdır. Onların vədlərinin nə ilə nəticələnəcəyini anlamaq lazımdır. Onlar əvvəlcə qızıl dağlar vəd edəcəklər, lazım gələndə isə öz suverenlik və müstəqilliyindən əl çəkməyi tələb edəcəklər”, - o əlavə edib.
Oxşar xəbərlər
Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır
Zaxarova: Qərb postsovet məkanını təcrübə meydanı hesab edir
Mariya Zaxarova: “Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir”
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir
Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













