Gürcüstanda ziyarətgahların təhqir edilməsinə görə cəzanın sərtləşdirilməsi təklif olunub
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası yaxın vaxtlarda ziyarətgahların təhqir edilməsinə görə cinayət məsuliyyətini sərtləşdirən qanun layihəsinin təşəbbüskarı olacaq.
“Sizinxeber.az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin hüquq komitəsinin rəhbəri Anri Oxanaşvili bildirib.
“Komandamız yaxın vaxtlarda dini tikililərin və və obyektlərin təhqir olunmasına görə cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcək. Bu, həm pravoslav xristianlar, həm də digər dini tikililərə, məsələn, məscidlərə, sinaqoqlara, katolik və digər kilsələrə aiddir”, - o deyib.
A.Oxanaşvilinin sözlərinə görə, təşəbbüsə Müqəddəs Üçlük Katedralında İosif Stalinin də təsvir olunduğu Moskva Matronası ikonasının üzərinə boya tökülməsi ilə bağlı insident səbəb olub. Komitə rəhbəri vurğulayıb ki, mövcud qanunvericiliyə görə, belə bir fakt proporsional məsuliyyət nəzərdə tutmur.
Oxşar xəbərlər
Hakim partiyanın sədri: “Gürcüstan Moldova və Ukraynadan əvvəl Aİ-yə daxil olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Avropaya inteqrasiya üzrə planını AŞ-yə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Qara dənizin çirklənməsinə görə sanksiyaları sərtləşdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












