Paşinyan: Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturun olmamasıdır
Ermənistan idmanının əsas problemlərindən biri ölkədə infrastrukturun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır.
“Sizinxeber.az” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Olimpiadasında iştirak edən Ermənistan komandası ilə görüşündə bildirib.
“Əlbəttə, hamımız ümid edirdik ki, Olimpiadada qızıl medalımız olacaq, amma idman idmandır və arzular heç də həmişə reallaşmır... Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturunun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır”, - o deyib.
Xatırladaq ki, Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 206 ölkə iştirak edib, 91 komanda medal qazanıb, Ermənistan komandası isə ümumi medal sıralamasında 66-cı yeri tutub.
Oxşar xəbərlər
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Bu iki kənd artıq Azərbaycandadır - Paşinyan
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













